Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta yığımlarının həcminə görə göstəriciləri açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə böyük fərqlə “Paşa Həyat Sığorta” ASC başçılıq edir. Şirkətin sığorta yığımları 572 milyon 924 min manat təşkil edib.
İkinci yerdə 297 milyon 466 min manatlıq yığımla “Paşa Sığorta” ASC qərarlaşıb.
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 89 126 min manatla üçüncü, “Qala Sığorta” ASC isə 67 151 min manatla dördüncü olub.
Digər sığorta şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
Siyahının beşinci pilləsində 52 milyon 942 min manatla “Atəşgah” Sığorta Şirkəti ASC yer alıb.
Növbəti yerləri “Meqa Sığorta” ASC (27 milyon 901 min manat) və “Azərbaycan Sənaye Sığorta” ASC (27 milyon 774 min manat) bölüşür.
“Qala Həyat” Sığorta Şirkəti ASC 24 584 min manat, “Xalq Sığorta” ASC isə 22 milyon 185 min manat sığorta haqqı toplayıb.
Siyahının sonlarında isə "Aqrar Sığorta" ASC (16 milyon 42 min manat), "Meqa Həyat Sığorta" ASC (14 milyon 354 min manat) və “A-Qroup Sığorta Şirkəti” ASC (13 milyon 620 min manat) qərarlaşıb.











