2021-ci ilin yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) 2020-ci ildə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (DEKABR, 2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət il ərzində 422 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “İpək Yolu Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 2,713 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atasığorta" ASC-dədir. Bu şirkət il ərzində 8,695 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 43,6% azalaraq 31,557 milyon manata düşüb.