Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 8-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə çox olub.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MART, 2022)
FED.az xəbər verir ki, bunlar “Qala Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Naxçıvan Sığorta”, “Xalq Sığorta”, “Xalq Həyat Sığorta”, “Günay Sığorta”, “Meqa Həyat Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir.
Ən yüksək dinamika “Qala Sığorta”da (67%), ən aşağı dinamika isə “Atəşgah Sığorta”da (1%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin isə balans kapitalı azalıb. Ən çox azalma Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”, 79,8%), ən az azalma isə “PAŞA Sığorta” ASC-də (1,5%) qeydə alınıb. (Renkinq)