Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 11-nin yığımları azalıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 61 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5,4 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Bakı Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 2 ayda 121 min manat təşkil edib ki, bu da illik müqayisədə 0,8% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 914 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 78,3% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Meqa Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 1,8% azalaraq 5,549 milyon manata düşüb.
Eləcə də bax: Azərbaycanda 10 sığorta şirkətinin ödənişləri artıb - SİYAHI