Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-İYUN,2021)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 6 ay ərzində 138 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 33 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Həyat Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 19,239 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 18,7% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Meqa Sığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 2,135 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 39,8% azalaraq 1,191 milyon manata düşüb. (Renkinq)