Bu ilin yanvar-aprel aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb, 4 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta”, “Meqa Həyat Sığorta” və “Naxçıvan Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-APREL,2021)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkət 4 ay ərzində 32,093 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 1,414 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Sığorta" ASC-dədir. Bu şirkət 4 ay ərzində 19,677 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 98,7% azalaraq 47 min manata düşüb. (Renkinq)