"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 10-nun bu il yanvarın 1-nə qısamüddətli aktivləri illik müqayisədə az olub.
Eləcə də bax: Sığorta sektorunda aktivlərin yarısı - İKİ ŞİRKƏTƏ MƏXSUSDUR
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Sığorta" (ASS), "Standard Insurance" Sığorta Şirkəti, "Atəşgah Sığorta", "Azsığorta", "Rəvan Sığorta", "Günay Sığorta", "Meqa Sığorta", "Atasığorta", "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Həyat Sığorta" ASC-lərdir.
Ən çox azalma "Xalq Həyat Sığorta"da (55%), ən az azalma isə ASS-də (3,1%) qeydə alınıb.
Qalan 11 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika "İpək Yol Sığorta" ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə "Xalq Sığorta" ASC-də (3,1%) qeydə alınıb.
Renkinq