Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-fevral aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2022)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət il ərzində 379 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 1,792 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 1,577 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 95,7% azalaraq 3 min manata düşüb.
Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin yığımları illik müqayisədə artıb, 8-nin yığımları azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) ötən ilin yanvar-fevral aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir. Bu şirkət 2 ay ərzində 2,71 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 139,9 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Meqa Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 3,894 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir (“Azərsığorta”). Bu şirkətin daxilolmaları 69,5% azalaraq 1,646 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,5% azalaraq 7,464 milyon manata düşüb. (Renkinq)