Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 1-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Eləcə də bax: 6 sığorta şirkətinin balans kapitalı - Azalıb
FED.az xəbər verir ki, bu, “Naxçıvan Sığorta” ASC-dir.
Qalan 17 sığorta şirkətinin isə nizamnamə kapitalı dəyişməyib.
5 sığorta şirkətinin nizamnamə kapitalı 20 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 20 milyon manatdan çox olub.
Bunlar “Xalq Sığorta” (58,571 milyon manat), “PAŞA Sığorta” (50 milyon manat), “PAŞA Həyat Sığorta” (40,25 milyon manat), “Meqa Sığorta” (23 milyon manat) və “Azsığorta” (20,3 milyon manat) ASC-lərdir.
Qalan 14 sığorta şirkətindən 6-nın nizamnamə kapitalı 10-15 milyon manat arasında, 8 şirkətin nizamnamə kapitalı isə 10 milyon manatdan azdır. (Renkinq)