İcbari Sığorta Bürosu (İSB) ilə "Türkiye Motorlu Taşıt Bürosu" (TMTB) arasında "Yaşıl kart" sistemləri üzrə inteqrasiya protokolu imzalanacaq.
Eləcə də bax: Azərbaycan və Türkiyə “Yaşıl kart” sığorta sistemlərini - İNTEQRASİYA EDİR
FED.az xəbər verir ki, sənədi İSB-nin icraçı direktoru Rəşad Əhmədov və TMTB-nin müdiri Mehmet Akif Eroğlu imzalayacaqlar.
14 mart tarixində baş tutacaq imzalama mərasimində Azərbaycan Mərkəzi Bankın, Türkiyə Sığortaçılar Birliyinin nümayəndələri də iştirak edəcəklər.