Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olan və olmayan şəxslərin icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.
FED.az xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə,hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.
Sənəd layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Report