Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri təkrarsığorta strategiyalarını açıqlamalıdırlar.
"Turkiyənin zəlzələ risklərinin modelləşməsi ilə məşğul olan şirkəti ilə əməkdaşlığa başlamışıq"
FED.az xəbər verir ki, bunu "T Rupt Teknoloji" şirkətinin baş direktoru Mehmet Ali Özdemir Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
"Buna örnək olaraq Türkiyəni göstərə bilərik. Belə ki, ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri hər il Sığorta Sektorunu Tənzimləmə və Nəzarət Qurumuna (Sigortacılık Denetleme ve Düzneleme kurumu) öz təkrarsığorta strategiyalarını təqdim etməlidirlər. Həmin strategiya eyni zamnda İdarə Heyəti tərəfindən təsdiq edilməlidir.
Sənəddə hansı risklərə qarşı nə qədər sərmayənin təkrarsığortalandığı öz əksini tapır. Bildiyiniz kimi biz zəlzələdən çox əziyyət çəkmişik və bundan kifayət qədər nəticə çıxarmışıq. Ona görə, xüsusilə bu mexanizmin Azərbaycanda tətbiq olunmasını tövsiyə edirəm",- deyə o qeyd edib. (Report)