"Tur operatorlar və tur agentliklər müştərilər qarşısında mülki məsuliyyətini sığorta etdirməli, bu sığorta məhsulunu sığorta şirkətlərindən almalı olacaqlar".
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
"Onlar həm də turizm reyestrində mülkü məsuliyyət sığortası haqqında məlumatlarını təqdim etməli olacaqlar. Mülkü məsuliyyət sığortası barədə qaydalar təsdiq olunduqdan sığorta şirkətləri bu məhsulu hazırlamağa başlayacaqlar, tur operatorlar və tur agentliklərlə yanaşı vətəndaşlarla da həmin sığorta məhsulu üzrə müqavilə bağlayacaqlar. Bu da şəffaf olacaq. Hər bir ictimaiyyət üzvü reyestrə baxıb, bu barədə məlumat əldə edə biləcək", - o qeyd edib. (Report)