"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə icraçı direktor seçilib.
Eləcə də bax: ASA-da yeni komitə sədri seçildi – TƏYİNAT
FED.az xəbər verir ki, ASA-dan verilən məlumata görə, bu, Elmar Mirsalayevdir.
Onun sözügedən vəzifəyə namizədliyini və təyinatını Assosiasiyanın Müşahidə Şurasının üzvləri yekdilliklə dəstəkləyib. E.Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” ASC-nin Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb. (Report)