Azərbaycan sığorta sektoruna itki baş vermişdir.
FED.az xəbər verir ki, “Status” Sığorta Brokerinin Direktoru Oksana Marinçenko uzun sürən xəstəlikdən sonra 4 yanvar 2025-ci il tarixində dünyasını dəyişmişdir.
Qeyd edək ki, Oksana Marinçenko ömrünün 25 ilini sığorta sahəsinə həsr edib. O, korporativ satış departamenti, həmçinin anderraytinq və təkrarsığorta departamentinin direktoru kimi ölkənin aparıcı sığorta şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır.
Oksana Marinçenko, 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Tətbiqi Riyaziyyat fakultəsini bitirərək bakalvar dərəcəsi əldə etmişdir. Həmçinin o, Londonun The Chartered Insurance Institute tərəfindən verilən Sığorta üzrə Diploma (DIP CII), energetik, bank riskləri, Təbii Fəlakətlərdən Mühafizə və Risklərin idarə edilməsi kimi sektorlardakı təcrübəsini göstərən bir neçə beynəlxalq sertifikata malik idi.
Oksana Marinçenko daima onu sevənlərin xatirəsində pozitiv, mehriban, peşəkar və məsuliyyətli insan olaraq qalacaqdır.
Bütün sığortaçılar adından O.Marinçenkonun ailəsinə və yaxınlarına baş sağlığı verir və Allahdan rəhmət diləyirik.