FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin yanvar-may ayları üzrə açıqladığı hesabatına dair hazırladğı cədvələ əsasən, bu dövr ərzində ən az sığorta haqqı toplayan şirkətlər sırasına “Bakı Sığorta”, “Amrah Sığorta”, “Naxçıvan Sığorta”, “AXA MBASK”, “Rəvan Sığorta” və “Xalq Həyat” daxildir.
Bu şirkətlərin toplam yığımlarının həcmi bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisində heç 1%-ə (0,97%) belə yaxınlaşmayıb.
Aşağdakı cadvəldə ən zəif sığorta şirkətlərinin topladığı yığımların həcmi barədə məlumat verilir.
Sığortaçının adı | Sığorta haqqı (AZN) |
|
1 | Rəvan Sığorta | 1 059 000 |
2 | AXA MBASK | 999 000 |
3 | Bakı Sığorta | 448 200 |
4 | Amrah Sığorta | 227 200 |
5 | Naxçıvan Sığorta | 181 400 |
6 | Xalq Həyat | 176 400 |
Qeyd edək ki, “Xalq Həyat” şirkəti lisenziyanı yaxın vaxtlarda alıb.