Hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyətində məsul aktuari vəzifəsi üzrə kadr çatışmazlığı problemi yaşanır.
Hazırda “Xalq Sığorta”, “A-Group Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “PAŞA Həyat Sığorta” və “Xalq Həyat” sığorta şirkəti məsul akturari və aktuar axtarışındadırlar.
Şirkətlərin yanaşma tərzindən asılı olaraq bazarda məsul aktuarilərə təklif edilən minimum əmək haqqı 2000 AZN, maksimum isə 5 000 AZN ola bilər.
BƏS AKTUARİ KİMDİR?
Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçıdır.
Aktuari riyazi, iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini minimallaşdıran polislərin formalaşadırılması üçün istifadə edir. Bu səbəbdən aktuari sığorta və təkrar sığorta sahələri üçün zəruridir. Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların investisiya yolları kimi məsələləri öyrənir.
Aktuarilər öz biliklər toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.
Aktuari sığorta tatiflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və başqa ehtimallara əsaslanan modellər qurur.
AKTUARİ MÜTƏXƏSSİSLƏRİN AZALMASININ ƏSAS SƏBƏLƏRİ?
2007-ci ildə Azərbaycanda Aktuarilər Assosiasiyası yaradıldıqdan sonra əvvəllər Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərmiş Dövlət Sığorta Nəzarəti Xidməti ilə birgə 2008-ci ildən etibarən aktuari kurslarının tədrisinə başlanılıb. Mütəmadi olaraq, kurslar 2015-ci ilin mart ayınadək davam edib və elə həmin ilin mart ayında Dövlət Sığorta Nəzarəti Xidmətinin təşkil etdiyi imtahandan uğurla keçən aktuarilərə kütləvi şəkildə müvafiq aktuari şəhadətnamələri təqdim edildi.
2015-ci ildə aktuari sertifikatı almış mütəxəssislərin təxminən 95%-i sığorta şirkətlərində rəsmi məsul aktuari işçi kimi fəaliyyət göstərməyə başladı.
Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edildikdən sonra 2017-2019-cu illərdə isə aktuari kurslarının tədrisi başqa formatda təşkil edilməsinə baxmayaraq kurslara qatılan iştirakçıların sayında azalma müşahidə olunmağa başladı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dövründə isə yeni aktuar şəhadətnaməsi əldə edən mütəxəsislərin sayı çox az olub.
Azərbaycan sığorta bazarında aktuar mütəxəssislərin azalması iki səbəbdən qaynaqlanır:
Birincisi, bazarda aktuar mütəxəssislərin yetişdirilməsi üçün müvafiq dövlət və ictimai qurumlar tərəfindən kursların təşkil eilməməsi və eləcədə həmin qurumların bu sahəyə marağının az olması:
İkinci səbəb isə daha acınacaqlıdır. Belə ki, bazarda fəaliyyət göstərən mövcud aktuarilərin çalışdıqları şirkətlərdə İdarə Heyətində yeni vəzifəyə təyinatları və ümumiyyətlə yaxşı təklif gəldiyi halda bu sahədən uzaqlaşmalarıdır. Aktuarı rəhbər heyətdə təmsil olunduğu üçün birmənalı olaraq şirkətdə aktuari funksiyasını itirmiş olur. Belə faktlara sığorta bazarında daha çox rast gəlinir ki, bu da aktuar mütəxəssislərin sayının sürətlə azalmasına gətirib çıxarır.
Hazırda bazarda 10 yaxın akturiyə ehtiyac var.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı sığorta şirkətlərinin dövrü hesabatlarını birbaşa məsul aktuarinin imzası ilə qəbul edir. Sığorta şirkətində məsul aktuari olmadığı halda Mərkəzi Bank tərəfindən sığorta şirkətinə təqdimat göndərilir.
VAKANSİYALAR:
Şirkət: Xalq Sığorta
Vakansiya – aktuar
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Excel-yüksək səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili -yaxşı; rus dili -arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə və ya statistika sahəsi üzrə);
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti,
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək;
- Şirkətin sığorta ehtiyatlarının və tarifin yaradılması üzrə fəaliyyəti icra etmək;
- Mövcud portfel üzrə zərərliliyin hesablanması;
- Rəhbərlik tərəfindən tapşırılan hesabatların yığılması və təhlil olunması;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari) qeyd edərək [email protected],elektron ünvanına göndərilməsi xahiş olunur.
Şirkət: Aqrar Sığorta Müştərək Sığorta Şirkəti
Vakansiya: Məsul aktuari
Namizədə aid tələblər:
- Ali - Maliyyə/ İqtisadi/ Riyazi;
- İş təcrübəsi aktuari kimi ən azı 1 il;
- Microsoft Office;
- Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
- Riyazi biliklər, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma, iqtisadi biliklər, sığorta qanunvericiliyi;
- Attestasiyadan keçmiş aktuari şəhadətnaməsi.
İş haqqında məlumat:
- Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq;
- Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq;
- Sığorta ehtiyatlarının formalaşdırılması, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq;
- Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək;
- Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
- Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
- Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
- Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
- Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq və s.
- İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.
Uyğun namizədlərdən CV-lərini 15.09.2022-ci il tarixinə kimi [email protected] elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.
Şirkət: “Xalq Həyat”sığorta
Vakansiya: aktuari
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Əsas vəzifə öhdəlikləri:
- Aktuari işinin əsaslarını bilmək
- Aktuari təlimatına uyğun hesablamalar aparılmasında və Sığorta ehtiyatlarının hesablanmasında iştirak etmək
- İqtisadi-riyazi hesablamalar vasitəsilə sığorta tariflərinin hesablanmasında iştirak etmək
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri həyata keçirmək.
Tələblər:
- Tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və ekonometrika sahələri üzrə ali təhsil;
- Təcrübəsi olan namizədlərə üstünlük verilir
- MS Office proqramlarında işləmək bacarığı
- Komandada işləmək bacarığı və məsuliyyətlilik.
- Aktuari imtahanlarında iştirak edən namizədlərə üstünlük verilir
- Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Aktuari” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
CV-lər [email protected] ünavanına göndərilməlidir.