Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta yığımlarının həcmi 731,220 milyon manat təşkil edib.
Eləcə də bax: Avtosığorta ilin ilk yarısında sektor üçün - Ən Zərərli Sahə Olub
FED.az xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 14,7% azalaraq 318,615 milyon manat təşkil edib.
Başqa sözlə, sığorta bazarının zərərliliyi 23,5% azalıb. Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 43,5 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 56,9 manat təşkil edib. (Apa)