“Azərbaycan Sənaye Sığorta” ASC bu ilin yanvar ayı ərzində 3 milyon 879 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 179 min manat, başqa sözlə 4,8% artıb.Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 3 milyon 701 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 272 min manat olub ki, bu da illik müqayisədə 299 min manat və ya 30,7% artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə 973 min manat ödəniş edilmişdi.













