28 sentyabr 2020-ci il saat 11.00- da “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Şirkətin rəhbərliyi yenidən formalaşdırılacaq - İCLAS
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin təftiş komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə müvafiq materiallarla cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində tanış ola bilərlər.
Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində keçiriləcəkdir.