Mayın 11-də “Azərbaycan Sənaye Sığorta” ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, toplantıda müzakirə ediləcək əsas məsələ idarə heyətinin tərkibində dəyişiklik edilməsidir.
Şirkətin yaydığı məlumata görə, iclas mayın 11-də saat 11-də «Azərbaycan Sənaye Sığorta» ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122, “Gümüş Plaza” iş mərkəzində keçiriləcək.