“Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov "PAŞA Sığorta" şirkətinə transfer olub.
Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
FED.az xəbər verir ki, bu barədə Samir Məmmədov özü məlumat verib.
O bildirib ki, martın 1-dən “Azərbaycan Sənaye Sığorta” şirkətindən ayrılıb, martın 2-dən isə "PAŞA Sığorta" şirkətinin anderraytinq departamentinin rəhbəri təyin edilib.
Bununla da, “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyəti sədrlə bərabər bir müavin və bir üzvdən ibarət olub. (Apa)