“Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurası sədri Uğur İbrahim Selçuk vəzifəsindən gedib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, onu bu vəzifədə Doğan Niyazı Tandoğan əvəz edib.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.
Eləcə də bax: Azəraycanda banklar qəflətən yoxlanacaq - YENİLİK