“Azersun Holding”ə yaxın olan sığorta şirkətinin rəhbəri dəyişib, azərbaycanlı rəhbər gətirilib.
FED.az Banker.az-a istinadən bildirir ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasının sədri Rafiq Vəli oğlu Şahverdiyev təyin edilib.
Eləcə də bax: “Qala Həyat”a yeni sədr - TƏYİN EDİLDİ
R.Şahverdiyev, 2019-un sentyabrından “Azersun Holdinq” MMC-yə Korporativ Əlaqələr departamentinin direktorudur. Daha əvvəl isə ASB Bank-da çalışıb.
ASS-nın buna qədər Direktorlar Şurasının sədri Doğan Niyazı oğlu Tandoğan idi. Onun iyun ayının sonu koronavirusdan vəfat etdiyi KİV-də yer almışdı. D.Tandoğan həmçinin ASB Bank-ın İdarə Heyəti sədri idi.
Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümünü bitirib.
Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də “MilliKart” MMC-nin Direktorlar Şurasının sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.