“Azərbaycan Sənaye Sığorta” ASC-nin ötən il üzrə olan maliyyə nəticələri açıqlanıb.
“Azərbaycan Sənaye Sığorta”nın yığım portfeli böyüyüb - 4 MİLYON MANATA ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatlarına istinadən xəbər verir ki, şirkət ötən il 29 milyon 287 min manat gəlir əldə edib.
Şirkətin əsas əməliyyat gəlirləri 33 milyon 450 min manat, xalis sığorta ehtiyatının dəyişməsindən zərər 7 milyon 193 min manat, investisiya gəlirləri 2 milyon 461 min manat, subroqasiya gəlirləri 481 min manat, digər gəlirləri isə 87 min manat olub.
Bəhs olunan dövrdə ASC-nin cəmi xərcləri 31 milyon 876 min manat olub. Əsas əməliyyat xərcləri 17 milyon 937 min manat, işlərin aparılması xərcləri 13 milyon 939 min manat təşkil edib.
2025-ci ildə “Azərbaycan Sənaye Sığorta” ASC-nin cəmi aktivlərinin həcmi 35 milyon 726 min manat təşkil edib. Bu, 2024-cü ildəki göstəricidən 5 milyon 29 min manat və ya 16,4% çoxdur.
Eyni zamanda, ötən il şirkətin cəmi öhdəlikləri 26 milyon 153 min manat, cəmi kapitalı isə 9 milyon 573 min manat təşkil edib.









![“Azərbaycan Sənaye Sığorta”nın aktivlərində - [red]5 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/358728.jpg)
![“Azərbaycan Sənaye Sığorta”nın aktivlərində - [red]5 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/405836.jpg)
![“Azərbaycan Sənaye Sığorta”nın aktivlərində - [red]5 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/3775715.jpg)








