Hər zaman müştərilərinə xüsusi diqqət və qayğıyla yanaşan Azərbaycan Sənaye Sığorta ASC, 8 MART Beynəlxalq Qadınlar Günü münasibəti ilə, “Özəl bayramı kasko ilə qarşılayın” kampaniyasına start verdi.
FED.az xəbər verir ki, 05 mart tarixindən başlayan kampaniya çərçivəsində 18 gün müddətində KASKO sığortası alan xanımlara 28% endirim tətbiq olunur. Xanım müştərilər şirkətə gəlmədən də sığorta şəhadətnaməsini əldə edə biləcəklər.
KASKO sığortası əldə edən xanımlar il ərzində könüllü sığorta növlərində xüsusi güzəştlərdən yararlanmaq imkanı qazanırlar. Həmçinin kampaniya çərçivəsində sığorta haqqını hissə-hissə də ödəyə bilərlər.
Сari ilin mart ayının 1-nə nizamnamə kapitlanın həcmi 11 mln. manat təşkil edən “Azərbaycan Sənaye Sığorta ” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər Şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.
Əziz xanımlar bayramınız mübarək!!!
QƏZASIZ VƏ SALAMAT, HƏR ZAMAN YAŞIL İŞIQ YANAN YOL ARZU EDİRİK!