22 fevral 2022-ci il tarixində “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “Azərbaycan Sənaye Sığorta” ASC-nin maliyyə hesabatlarının təsdiq edilməsi barədə və digər məsələlər daxildir.
Yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 nömrəli ünvanda- “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində keçiriləcəkdir.