“Azərbaycan Sənaye Sığorta”ASC 2020-ci ilin I rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata əsasən, cari ilin 3 ayı ərzində ümumilikdə 3 130 945 manat məbləğində sığorta haqqı yığılıb. Bu məbləğin 2 483 966 manatı könüllü, 646 979 manatı isə İcbari sığorta növlərinin payına düşür.
Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası, icbari avtomobil və yaşıl kart növlərini əhatə edir.
Beləliklə, sığorta yığımlarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 645 714 manat (110%) artım olub.
Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 472 303 manat həcmində sığorta ödənişi həyata keçirilib. 2019-cu ilin I rübündə isə bu rəqəm 305 117 manat təşkil edib.
“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildən fəaliyyətdədir. 29 könüllü, 4 icbari olmaqla, 33 növ üzrə sığorta xidməti göstərir. “İcbari Sığorta Bürosu” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur. “Azərbaycan Sənaye ASC-nin xidmət şəbəkəsinə 8 nümayəndəlik və 30-dan çox satış ofisi daxildir.