Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” 2020-ci ilin birinci yarımili üzrə maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, göstərilən müddət ərzində 5 162 665 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 3 157 913 manatı könüllü, 2 004 752 manatı isə İcbari sığorta növlərinin payına düşür.
Beləliklə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 93,5% artım olmuşdur. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.
Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 925 558 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir.
Сari ilin iyul ayının 1-nə nizamnamə kapitlanın həcmi 11 mln. manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər Şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.