“Azərbaycan Sənaye Sığorta” sevinc və bərəkət rəmzi olan milli bayramımız “Novruzu” daha xoş əhval-ruhiyyəli və yadda qalan etmək üçün kampaniyaya start verib. Belə ki, kampaniya çərçivəsində kasko, səfər, əmlak, yük və bütün növ məsuliyyət sığortalarını əldə etmək istəyən şəxslər 20%-dək endirimdən yararlanmaq imkanı qazanırlar.
FED.az xəbər verir ki, bununla yanaşı, şirkət avtomobil sığortasının ən aktual növlərindən biri olan Kasko sığortanı indi daha əlçatan şərtlərlə təklif edir. “Azərbaycan Sənaye Sığorta”ASC-dən Kasko sığorta almaqla aşağıdakı üstünlüklərə sahib olmaq mümkündür.
- İndividual kasko təklifləri;
- 0-manatdan başlayan azadolma;
- Xaricdə təminat;
- Evakuasiya xidməti;
- Təmir müddəti ərzində müştərinin avtomobil ilə təmin olunması;
- Hissəli ödəniş;
- Online sifariş;
- Sənədlərin toplanması və s.
Yazın gəlişini, təbiətin oyanışını müjdələyən, bolluq və bərəkətin simvolu olan ruzi dolu bir bayram diləyi ilə, Novruz bayramınız mübərək!