Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayınadək olan dövr üzrə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayət indeksini açıqlayıb.
FED.az xəbər verir ki, rəsmi statistikaya əsasən, Azərbaycan Sənaye Sığorta Şirkəti ən az şikayət olunan şirkət olaraq liderliyini bir daha təsdiqləyib.
Şirkət bu uğurunu müştəri yönümlü yanaşma, şəffaf idarəçilik və peşəkar kadr potensialı ilə əlaqələndirir. Hal-hazırda 150 000-dən çox müştəriyə sığorta xidməti təqdim edən Azərbaycan Sənaye Sığorta Şirkəti sığorta hadisələrini qısa müddətdə, operativ və ədalətli şəkildə tənzimləyir. Bu, şirkətin sığorta bazarında dayanıqlı etibar qazandığını və yüksək xidmət standartları tətbiq etdiyinin göstəricisidir.
Azərbaycan Sənaye Sığorta Şirkəti 30 ilə yaxın təcrübəsi ilə Azərbaycanın sığorta bazarında etibarlı və stabil fəaliyyət göstərən şirkətlərdən biri olaraq, müştərilərinə geniş spektrli sığorta xidmətləri təqdim etməyə davam edir.