Yanvarın 25-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ("Gümüş Plaza") ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə ASS-nin növbət ilin büdcəsi və digər məsələlər müzakirəsi daxil edilib.
Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta”nın nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.