19 dekabr 2019-cu il tarixi, saat 11:00-də “Azərbaycan Sənaye Sığorta” ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyində duran məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının tərkibində dəyişiklik edilməsidir. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.
Eləcə də bax:Bir sığortaçı attestasiyadan - KEÇƏ BİLMƏYİB
Ümumi yığıncağın keçiriləcəyi ünvan: Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küç.,122 “Gümüş Plaza” iş mərkəzidir.