Ölkənin sığorta sektorunda özünəməxsus yeri olan «Azərbaycan Sənaye Sığorta» ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub.
Altı ayda 867 milyon manatdan çox sığorta haqqı yığılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə şirkətin gəlirləri 18 milyon 247 min manat təşkil edib. Bu, 2025-ci ilin ilk yarısındakı 14 milyon 241 min manatlıq gəlirdən 4 milyon 6 min manat və ya 28,1% çoxdur.
Şirkətin gəlirlərinin 82,3%-ini, yaxud da 15 milyon 19 min manatını əsas əməliyyat gəlirləri tutub ki, bu da, illik müqayisədə 1,7 milyon manat (10,3%) azdır. İnvestisiya gəlirləri isə illik müqayisədə 438,8 min manat (43,3%) artaraq 1 milyon 454 min manata yüksəlib.
Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 1 milyon 304 min manat qazandırıb. Məlumat üçün bildirək ki, ötən ilin birinci yarısında şirkət bu sahədən 3 milyon 732 min manat zərər etmişdi. Yəni bu gəlirlər illik müqayisədə 5 milyon 36 min manat daha çox olub.
Bundan başqa, şirkət subroqasiya gəlirlərini 71,4 min manat (37,4%) artıraraq 262,3 min manata, digər gəlirlərini 180,7 min manat (7,5 dəfə) artıraraq 208,5 min manata çatdırıb.
Hesabat dövründə şirkətin xərcləri 17 milyon 588 min manat təşkil edib. Bu, ötən ilin birinci yarısındakı 14 milyon 911 min manatlıq xərcdən 2 milyon 677 min manat (18%) daha çoxdur.
Əsas əməliyyat xərcləri 3,2 milyon manat (34,8%) artaraq 12 milyon 253 min manata yüksəlib, işlərin aparılması xərcləri 483,9 min manat (8,3%) azalaraq 5 milyon 335 min manata düşüb.
Şirkətin vergidən əvvəlki mənfəəti 659 min 334 manat, mənfəər vegisi xərci 121 min 974 manat təşkil edib.
Yekunda «Azərbaycan Sənaye Sığorta» ASC bu ilin ilk yarısını 537 min 360 manat xalis mənfəətlə bağlayıb. Şirkətin xalis mənfəəti 2025-ci ilin ilk yarısına nəzərən 1 milyon 208 min manat və ya 2,2 dəfə artıb. Belə ki, 2025-ci ilin ilk yarısında şirkət 670 min 230 manat zərər açıqlamışdı.
Bu ilin iyun ayının sonunda sığorta şirkətinin cəmi aktivləri 35 milyon 467 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nəzərən 672,7 min manat (1,9%) artım deməkdir. Şirkətin pul vəsaitlərinin və onun ekvivalentlərinin həcmi cüzi artaraq 1 milyon 29 min manata, investisiya aktivlərinin həcmi 1,2 milyon manat artaraq 28,4 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 25 milyon 342 min manat olmaqla, illik müqayisədə 2 milyon 293 min manat və ya 10% artıb. Sığorta ehtiyatlarının həcmi 22 milyon 346 min manata bərabər olub. Kreditor borcları 106,4 min manat azalaraq 2 milyon 98 min manata düşüb.
Qeyd edək ki, hesabat dövrünün sonunda şirkətin cəmi kapitalı 10 milyon 125 min manat təşkil edib.











![«Azərbaycan Sənaye Sığorta» mənfəət açıqladı – [red]ŞİRKƏTDƏN İKİQAT ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/4255239.jpg)
![«Azərbaycan Sənaye Sığorta» mənfəət açıqladı – [red]ŞİRKƏTDƏN İKİQAT ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/3271515.jpeg)
![«Azərbaycan Sənaye Sığorta» mənfəət açıqladı – [red]ŞİRKƏTDƏN İKİQAT ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/3470839.jpeg)
![«Azərbaycan Sənaye Sığorta» mənfəət açıqladı – [red]ŞİRKƏTDƏN İKİQAT ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/3616703.jpeg)
![«Azərbaycan Sənaye Sığorta» mənfəət açıqladı – [red]ŞİRKƏTDƏN İKİQAT ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/2892521.jpeg)









