Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” 2019-cu ilin yanvar-iyun ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, altı aylıq hesabatın nəticələrinə əsasən, Şirkətin ümumi sığorta haqqı yığımları 2 668 351 milyon manat, sığorta hadisələrinə görə ödənişlər isə 1 008 909 manat təşkil edib.
Göstərilən dövr ərzində ən çox sığorta ödənişi könüllü tibbi sığorta, avtonəqliyyat vasitələrinin kompleks sığortası və icbari avtomobil sığortası növləri üzrə olub.
Hesabat dövründə şirkətin balans mənfəəti ötən dövr ilə müqayisədə 9,7% çox olub.
Sari ilin iyul ayının 1-nə nizamnamə kapitlanın həcmi 11 mln. manat təşkil edən “Azərbaycan Sənaye Sığorta ” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir.
Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər Şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərib.
«Azərbaycan Sənaye Sığorta» - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
13:27
24 İyul 2019