Azərbaycan Dövlət Reklam Agentliyi əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin nəticəsinə əsasən, “Azərbaycan Sənaye Sığorta”ASC qalib elan edilib. Qalib şirkətlə satınalma müqaviləsi imzalanıb, şərtlərə əsasən, ADRA əməkdaşlarına 12 ay ərzində könüllü tibbi sığorta xidmətləri göstərilməlidir.
“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildə fəaliyyətə başlayıb, Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmətlər təklif edir. Azərbaycan Sənaye Sığorta ASC Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş olaraq müştərilərinə yüksək səviyyəli xidmət göstərməyi başlıca məqsəd seçmişdir.