25 ildir fəaliyyətini uğurla davam etdirən “Azərbaycan Sənaye Sığorta” 2021-ci il üzrə 12 026 560 manat məbləğində sığorta haqqı toplamışdır. Bu məbləğin 6 849 447 manatı könüllü, 5 177 113 manatı isə icbari sığorta növlərinin payına düşür.
FED.az xəbər verir ki, ötən il ilə müqayisədə şirkətin ümumi sığorta yığımlarında 33% artım olmuşdur. Artım daha çox könüllü sığorta növlərini əhatə edir. Belə ki, hesabat dövrü ilə müqayisədə könüllü növlər üzrə yığım 48%-ə kimi yüksəlib. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərindən ibarətdir.
Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 4 270 394 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilən dövr ərzində ən böyük sığorta ödənişi 63 520 manat olmuşdur. Şirkətin mənfəəti 2021-ci üzrə 2 479 521 manat təşkil edir.
“Azərbaycan Sənaye Sığorta” müxtəlif kampaniyalar, yeni məhsullar və əlverişli təkliflərlə müştərilərinə “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” olaraq xidmət göstərməyi hədəfləyib.