Ölkənin aparıcı sığorta şirkətlərindən olan Azərbaycan Sənaye Sığorta ASC tərəfindən yük və kasko sığortası növləri üzrə iri həcmli sığorta ödənişləri həyata keçirilib.
FED.az xəbər verir ki, Rusiya Ferderasiyası ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həm daşınan yükə, həm də avtomobilə ciddi zəzər dəymişdir. Baş vermiş hadisə ilə bağlı yük sığortası üzrə 41 055 manat, kasko sığortası üzrə isə 141 100 manat həcmində zərər müəyyən edilmişdir.
Qəzaya səbəb, qarşıdan gələn Qazel markalı avtomobilin, yolun qadağan olunmuş hissəsinə keçərək, yük avtomobilinin sol ön təkərini vurması olmuşdur.
Qeyd edək ki, ötən il ərzində Azərbaycan Sənaye Sığorta ASC ümumilikdə 2 100 000 manatdan çox sığorta ödənişi həyata keçirib.
"Azərbaycan Sənaye Sığorta"ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə 29 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Azərbaycan Sənaye Sığorta ASC Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş olaraq müştərilərinə yüksək səviyyəli xidmət göstərməyi başlıca məqsəd seçmişdir.