“Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
FED.az xəbər verir ki, qərara əsasən, Mirzəyev İlkin “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
İ.Mirzəyev sığorta sektorunda geniş təcrübəyə malikdir. Sığorta şirkətlərinin İdarə Heyətində təmsil olunmaqla yanaşı son 5 ildə İcbari Sığorta Bürosu HŞİ maliyyə şöbəsinin rəisi vəzifəsini icra etmişdir.
İxtisasca iqtisadçı olan İ.Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetinin və Türk Sığorta İnstitutu Vakfının (TSEV) məzunudur.