2024-cü il üzrə İqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı üzrə göstəricilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə iqtisadiyyatın bütün sahələri üzrə ümumi orta aylıq əmək haqqı 1 009 manat bərabər olub.
Ötən il üzrə ümumilikdə ən yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində 3 min 565 manat olmaqla qeydə alınıb.
Bu sahəyə daxil olan digər sahələrdə də əmək haqqı kifayət qədər yüksəkdir. Belə ki, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi sahəsində orta aylıq maaş 4 341 manat təşkil edib. Xam neft və təbii qaz hasilatında bu göstərici 3 min 670 manatdır. Metal filizlərin hasilatı ilə məşğul olanlar isə ötən ilin nəticələrinə görə 2 398 manat aylıq orta maaş alıblar.
Nəqliyyat və anbar təsərrüfatında orta aylıq maaş 1 395 manat təşkil etsə də, gəmiçilərin orta aylıq maaşı 2 342 manat, təyyarəçilərin orta aylıq maaşı 2 015 manat olub.
Ötən il maliyyə və sığortaçıların da orta aylıq maaşı kifayət qədər yüksək olub – 2,7 min manata yaxınlaşıb. Sahə üzrə orta aylıq maaş 2 682 manat bərabər olub. Sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa maliyyə fəaliyyəti üzrə 2 min 704 manat, sığorta, təkrar sığorta və pensiya təminatı üzrə 2 780 manata bərabər olub.
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət üzrə bu göstərici 3 211 manat, Qumar oyunlarının təşkili və mərс çəkmək 2 445 manat təşkil edib.