Banner

Sığorta

Azər Əlizadə: “böyük deyil, fərqli şirkət olmağa çalışırıq” – MÜSAHİBƏ

Azər Əlizadə: “böyük deyil, fərqli şirkət olmağa çalışırıq” – MÜSAHİBƏ | FED.az
10:02 29 Noy 2019

“Qala Həyat” Sığorta Şirkətinin fəaliyyətinin 9 illiyi ilə bağlı  İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadənin müsahibəsi

Azər müəllim, bildiyimiz kimi 30 noyabr “Qala Həyat”ın 9 yaşı tamam olur və sizdə  artıq 8 ilə yaxındır ki, “Qala Həyat”da çalışırsınız. “Qala Həyat” sizin üçün nə deməkdir, çalışdığınız müddətdə peşəkar fəaliyyətinizdə nə kmi dəyişikliklər olub?  

  -İcazə verin bu suala daha  geniş cavab verim. “Qala Həyat” şirkəti mənim üçün doğma bir yerdi desəm yanılmaram.  Doğma bir yer anlamı ilə bağlı buna bir açıqlama versəm düzgün olardı.

Eləcə də bax:Müştəri mənmuniyyəti “Qala Həyat” üçün əsas - PRİORİTETDİR

Qeyd elədiyiniz kimi, artıq 8 ilə yaxındır ki, “Qala Həyat” sığorta şirkətində çalışıram və çalışdığım müddət ərzində baş mütəxəssis vəzifəsindən departament direktoru və nəhəyət hazırda İdarə Heyətinin sədri vəzifənin müvəqqəti icra edən vəzifəsinədək yüksəlməyimə nail olmuşam. Çalışdığım müddət ərzində peşəkar fəaliyyətimdə əsas dəyişikliklər məndən tələb olunan vəzifəmə görə inkişaf və qiyməti olmayan təcrübədir.

Şirkətin xalqımıza layiqincə xidmət göstərməsində, o cümlədən əldə olunmuş nailiyyət və uğurlarında peşəkar komandamızla birgə çiyin-çiyinə olduğuma görə fəxr edirəm. Komandamızla bağlı onu da qeyd edə bilərəm ki, bu müddət ərzində biz yalnız korporativ dəyərlərimizə köklənmişik. Həmin dəyərlərləmizidə şəffaflıq, müştəri və əməkdaşlarımıza ədalətli yanaşmanı xüsusilə qeyd etmək olar. Mənim əsas məqsədim bu dəyərlərin qorunmasından və gələcəkdə də bu kimi dəyərlərin siyasətini davamlı həyata keçirməkdir.

Bazarın sürətlə dəyişən reallıqlarına olan adaptasiyanı nəzərə alaraq, şirkətimizin "onurğa sütunu"nu sayılan komandamız daim bizimlə birgə çalışır. Fəxr edirəm ki, uzun illərdir ki, peşəkar komanda ilə çalışıram. Komandamızda şirkət yarandığı gündən və eləcə də “Qala Həyat” ailəsinə yeni qoşulan işçilər də var.

Biz bu kimi dəyərləri yüksək tutmaqla onu qorumaq fikrindəyik, çünki onlar bizim əsas aktivimiz olan əməkdaşlarımızın üzərində qurulub. Məhz qeyd etdiyim səbəblərə görə də “Qala Həyat” şirkəti mənim üçün doğma şirkətdir.

“Qala Həyat”ın 9 illik fəaliyyətini necə qiymətləndirisiniz?

-“Qala Həyat” sığorta şirkəti Azərbaycan sığorta bazarında daim öz dinamikliyi ilə seçildiyi üçün bazarın tələblərinə uyğun olaraq hər il inkişafa doğru yüksəlir. Şirkətimizin bu günki inkişaf dinamikası bizi qane etsə də, bu dinamikanı daha da sürətləndirmək və daim yeniliklər tətbiq etmək üzərində çalışırıq. Həmçinin yaxın zamanlarda mövcud olan sığorta növlərimizə əlavə olaraq yeni sığorta məhsullar ilə müştərilərimizi sevindirəcəyik. Qeyd etməliyəm ki, “Qala Həyat” 9 illik fəaliyyəti dövründə ölkə əhalisi üçün sərfəli şərtlərlə məhsullar yaradaraq Azərbaycan sığorta baarının inkişafına öz töhfəsini verib.

Başqa bir yenilik ondan ibarətdir ki, yaxın zamanlarda yenilənmiş korparativ saytımız istifadəyə veriləcək. Bununla da müştərilərimiz ev və ofisdən kənara çıxmadan vaxta qənaət etməklə sığorta məhsullarımızı rahat şəkildə əldə edəcək. Müştərilərimiz yenilənmiş saytımız vasitəsi ilə şəxsi kabinet yaratmaq, sığorta haqqların ödənilməsi, onlayn müraciət, ödəniş və digər xidmətlərlərdən asanlıqla istifadə edə biləcək.

“Qala Həyat” sığorta bazarında hansı üstünlükləri ilə seçilib və gələcək planla bağlı fikirlərinizi bilmək istərdik,

-Ümumiyyətlə, həyat  sığortası şirkətləri bazarda əsasən eyni sığorta xidmətləri göstərir, o cümlədən eyni növ məhsullar təqdim edilir. Lakin “Qala Həyat”ın digər şirkətlərdən fərqli üstünlükləri də mövcuddur. Üstünlüyümüz müştəri maraqlarını əvvəlcədən nəzərə alaraq sığorta biznesinə fərqli yanaşmaqla işimizi beynəlxalq səviyyəli sığorta şirkətlərinin iş prinsiplərinə uyğun bir şəkildə qurmaqdır. Hədəflərimiz böyükdür, bu istiqamətdə də artıq işlər görülür. Yeniliklərimizi, eləcə də görüləcək işlərin nəticəsini hamımız, daha çox müştərilərimiz hiss edəcək. Bu gün dünyada uğurlu şirkətlərin fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki, onlar birbaşa müştəri ehtiyaclarını müəyyən edir və bu ehtiyacların qarşılanması üçün effektiv məhsullar hazırlayaraq cari və potensial müştərilərinə təqdim edirlər.

Bu prizmadan yanaşsaq Azərbaycanın sığorta bazarında buna xüsusi ehtiyac duyulur. “Qala Həyat” sığorta şirkəti bundan sonrakı fəaliyyətində daha çox müştəri ehtiyaclarına yönəlmiş yeni məhsullar hazırlayaraq daim yeniliklərlə müştərilərimizi və tərəfdaşlarımızı məmnun etməyi düşünürük. Bununla da, böyük deyil, ən fərqli sığorta şirkəti olduğumuzu göstərməyə çalışırıq.

Azər müəllim, müsahibə üçün təşəkkür edirik, sizə və komandanıza uğurlar arzulayırıq!

Digər xəbərlər

Banner