Yerüstü Nəqliyyat Agentliyi PHŞ (VÖEN: 1506095421) əməkdaşların könüllü tibbi sığorta xidmətinin satınalması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC olub. Tərəflər arasında 353,8 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə görə, 1 160 əməkdaş üçün 10 min manat həcmində sığorta xidməti paketi alınıb.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 23 milyon manat, qanuni təmsilçisi İbrahimli Uğur Azad oğludur.














