Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs (AYNA) əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Tenderin nəticələrinə əsasən AYNA-nın 800 əməkdaşı Meqa Sığortanın təqdim etdiyi könüllü tibbi sığorta xidmətlərindən faydalana biləcək.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.