“AXA MBASK” şirkəti 2018-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb. FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ilk yarım ili 98 307 min manat zərərlə başa vurub. Ötən illə müqayisədə zərər göstəricisi kəskin azalıb.
FED.az “AXA MBASK”-ın “Mənfəət və Zərər” haqqında hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk yarısı üçün şirkətin əsas əməliyyat gəlirləri ötən ilin müvafiq dövrünə nəzərən 26,9% azalaraq 9 milyon 685,5 min manat olub. Bu məbləğin 9,5 milyon manatı şirətin topladığı sığorta haqlarıdır.
Bundan başqa, “AXA MBASK” təkrarsığorta əməliyyatlarından 170 min manatdan artıq gəlir əldə edib.
Gəlirlərin digər hissəsini xalis sığorta ehtiyatlarının dəyişməsi (659 min manat), investisiyadan gəlirlər (679 min manat), subroqasiya (211,5 min manat) və sair gəlirlərdir (497 min manat) təşkil edib.
Nəticədə ilk yarım ildə “AXA MBASK”ın cəmi gəlirləri 11 milyon 732 min manata çatıb.
İlk yarım ildə şirkətin əsas əməliyat xərcləri 6 milyon 472,7 min manat təşkil edib. Bu 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28,8% azdır. Xərclərin 4 milyon 687,9 min manatı sığorta ödənişlərinin, 1 milyon 164 min manatı təkrar sığorta haqlarının və sair payına düşür. Bu dövrdə işlərin aparılması xərci 5 milyon 357 min manat olub.
Nəticədə şirkətin ümumi xərcləri 11 milyon 830 min manat manat, yarım ilin yekununa görə zərəri 98,3 min manat olub.
Xatırladaq ki, “AXA MBASK” ötən ilin ilk yarısını 180 min manat, ümumilikdə 2017-ci ili isə 368 min manat zərərlə başa vurmuşdu. Başqa sözlə ilk yarım ilin nəticəsi şirkətin zərərinin azaldığını və maliyyə göstəricilərinin yaxşılaşdığını göstərir.
FED.az “AXA MBASK”-ın “Balans” hesabatına əsasən bildirir ki, Cəmi aktivlər (2018-ci ilin 2-ci rübü və 2017-ci ilin 2-ci rübü) 4,25% azalaraq 37 594 554 min manat , cəmi kapital isə 15,95% azalaraq 22 704 672 min manat olub.
Hesabata buradan baxa bilərsiniz.