Tarixə qovuşan “AXA-MBASK” Sığorta şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışmış Rəşid Rəsulova yeni vəzifə verilib.
FED.az xəbər verir ki, R.Rəsulov Rusiyanın tanınmış “R-PHARM” şirkətinin Azərbaycandakı nümayəndəliyinin “R-PHARM” Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaəqlər üzrə meneceri vəzifəsinə təyin edilib.
Eləcə də bax: Azərbaycanda məşhur mağazalar şəbəkəsində - YENİ TƏYİNAT
R.Rəsulov artıq vəzifənin icrasına başlayıb.
Qeyd edək ki, R.Rəsulov Azərbaycanda tanınmış marketoloqlarından biridir. O, 11 il “AXA MBASK” sığorta şirkətində marketinq və PR şöbəsinə nəzarət edib. R.Rəsulov peşəkar fəaliyyəti nəticəsində ən son marketinq alətlərindən istifadə etməklə “AXA MBASK” sığorta şirkətinin reputasiyasını yüksəldərək şirkəti ən yüksək imicli sığorta şirkəti kimi tanıdıb