“AXA MBASK” Sığorta Şirkəti ASC 2017-ci ili 368 min manat zərər ilə başa vurub.
FED.az şirkətin hesabatlarına istinadən xəbər verir ki, ötən il “AXA MBASK”ın cəmi gəlirləri 27 milyon 339 min manat, cəmi xərcləri isə 27 milyon 707 min manat təşkil edib.
2016-cı ildə Şirkətin cəmi gəlirləri 25 milyon 760 min manat, cəmi xərcləri 25 milyon 256 min manat təşkil etmiş, təxminən 101 min manat mənfəət vergisi ödəmiş və həmin ili 403 min 705 manat zərər ilə başa vurmuşdu.
İllik müqayisədə, AXA MBASK”ın topladığı birbaşa sığorta haqları cüzi artaraq 21 milyon 88 min manatdan 21 milyon 728 min manata qalxsa da, sığorta ödənişləri daha kəskin - 9 milyon 775 min manatdan 12 milyon 333 min manata yüksəlib.
Elxan Qəribli “AXA MBASK”ı 100% alır
Xəbər verdiyimiz kimi, iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.