Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) əməkdaşların könüllü tibbi sığortası üzrə sığortaçını seçib.
FED.az xəbər verir ki, AMADA-dan verilən məlumata görə seçim kotirovka sorğusu üsulu ilə aparılıb və qalib “AXA Mbask” sığorta şirkəti elan edilib.
Bundan əlavə, AMADA üçüncü tərəflərə dəyən zərərlər üçün dopinqə nəzarət işçilərinin (inspektorlarının) peşə məsuliyyətinin sığortaçısını da seçib.
Bu məqsədlə “Bakı Sığorta” şirkəti ilə müqavilə bağlanıb.
İnterfaks-Azərbaycan