Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 73% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 79 milyon 641 min manat toplanıb, 57 milyon 957 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 63% idi.