Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 72% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 95 milyon 961 min manat toplanıb, 69 milyon 7 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında bu göstərici 61% idi.