Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 79% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 65 milyon 316 min manat toplanıb, 51 milyon 619 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında bu göstərici 62% idi.